Modern.az

Nərimanovda bina yanır - Sakinlər təxliyə edildi

Nərimanovda bina yanır - Sakinlər təxliyə edildi

Hadisə

28 Noyabr 2025, 19:03

Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətindəm məlumat verilib.

 

Qeyd olunub ki, hadisə yerində sakinlərin təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.

***

19:03

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində çoxmərtəbəli binada yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

 

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

 

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

 

Əlavə məlumat veriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyev bu vəzifədən də qovuldu