Şəki rayonunun Turan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az-ın məlumatına görə, qəsəbə ərazisində Aslan Ağaverdiyev idarə etdiyi KAMAZ markalı avtomobillə piyada, 71 yaşlı Silom Süleymanovu vurub. Piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qəzanın təfərrüatları araşdırılır.