Modern.az

“Azərişıq”ın işçisini "tok" vurub öldürdü

“Azərişıq”ın işçisini "tok" vurub öldürdü

29 Noyabr 2025, 12:16

Gəncədə 58 yaşlı kişini elektrik cərəyanı vurub.

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün şəhərin Azərbaycan Bayrağı küçəsində qeydə alınıb.

Belə ki “Azərişıq” ASC-nin 58 yaşlı əməkdaşı C.Vəliyevi iş vaxtı elektrik cərəyanı vurub. O hadisə yerində həlak olub.

Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə verilib.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada