Modern.az

Masazırda BMW yandı - ÖLƏN VAR 

Masazırda BMW yandı - ÖLƏN VAR 

Hadisə

8 Dekabr 2025, 08:44

Abşeron rayonu, Masazır qəsəbəsində avtomobil yanıb. 

 

Modern.az xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb.

 

Belə ki, “BMW” markalı minik avtomobili anidən alovlanıb. Nəqliyyat vasitəsinin içərisində olan 3 nəfər çıxarılaraq xəstəxanaya çatdırılıb.

 

Aparılan tibbi müdaxilələrə baxmayaraq, Qurbanəli Ağa oğlu Əlizadə həyatını itirib, digər 2 şəxsin müalicəsi isə xəstəxanada davam etdirilir.

 

Faktla bağlı araşdırma aparılır. (Mənbə: report)

Sizə yeni x var
Keçid et
Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi