Modern.az

Yevlaxda ağır qəza - İki yeniyetmə xəsarət aldı

Yevlaxda ağır qəza - İki yeniyetmə xəsarət aldı

Hadisə

9 Dekabr 2025, 12:48

Yevlaxda yol qəzası baş verib, xəsarət alanlar var.

Modern.az xəbər verir ki, hadisə rayonun N.Gəncəvi küçəsində qeydə alınıb. "VAZ-2107" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarında aşıb. Hadisə nəticəsində 2008-ci il təvəllüdlü R.Rəşidli və 2010-cu il təvəllüdlü M.Musayev xəsarət alıblar.

Xəsarət alanlar Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şad Xəbər - Vətəndaşlara pulsuz evlər veriləcək