Modern.az

Goranboyda maşınlar toqquşdu - 3 nəfər xəsarət aldı

Goranboyda maşınlar toqquşdu - 3 nəfər xəsarət aldı

Hadisə

9 Dekabr 2025, 17:00

Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az-ın məlumatına görə, hadisə Goranboyun Dəlməmmədli şəhəri ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Toyota" ilə "VAZ 2105 " markalı minik maşınları toqquşub. Qəza zamanı 2005-ci il təvəllüdlü A. Əmrahova, 1977-ci il təvəllüdlü S.Ələsova və 1995-ci il təvəllüdlü E.Hüseynova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyada DƏHŞƏTLİ təyyarə qəzası - Sağ çıxan olmadı