Modern.az

Bakıdakı partlayışda yaralanan usta öldü

Bakıdakı partlayışda yaralanan usta öldü

Hadisə

9 Dekabr 2025, 18:42

Bakının Bakıxanov qəsəbəsindəki evdə baş verən partlayış nəticəsində zərərçəkənlərdən biri vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə Sabunçu Tibb Mərkəzindən bildirilib. 

 

"Anesteziologiya və reanimasiya şöbəsində olan zərərçəkən bud sümüyünün sınığı, sağ bazu sümüyünün sınığı, sol çiyin çıxığı, ağır kəllə-beyin travması və üz və ətrafların ikinci dərəcəli yanıqları ilə xəstəxanaya yerləşdirilib. Reanimasiya tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb", - deyə məlumatda qeyd olunub. 

 

Qeyd edək ki, ölən şəxsin partlayış baş verən mənzildə usta kimi çalışdığı bildirilir 

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rusiyada DƏHŞƏTLİ təyyarə qəzası - Sağ çıxan olmadı