Gəncə şəhəri 16 nömrəli tam orta məktəbin şagirdləri dönərdən zəhərləniblər.
Modern.az xəbər verir ki, 7 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Zəhərlənənlər 2015-ci il təvəllüdlü F. İsmayılov, 2015-ci il təvəllüdlü X. Tağıyeva, 2014-cü il təvəllüdlü Ə. Zeynalov, 2015-ci il təvəllüdlü N. Məmmədova, 2015-ci il təvəllüdlü A. Məmmədzadə, 2014-ci il təvəllüdlü T. Cəfərzadə, 2015-ci il təvəllüdlü H. Huseynli və 2015-ci il təvəllüdlü Ə. Mirzəyevdir.
Məlumata görə, hazırda şagirdlərin vəziyyətləri normaldır.
Faktla bağlı araşdırma aparılır.