Modern.az

Lənkəranda maşın məktəblini vurdu

Lənkəranda maşın məktəblini vurdu

Hadisə

10 Dekabr 2025, 16:24

Lənkəran rayonunda avtomobil piyadanı vurub.

Modern.az xəbər verir ki, hadisə Lənkəran rayonunun Liman şəhəri ərazisində baş verib. 

Hərəkətdə olan nəqliyyat vasitəsi piyada 2012-ci il təvəllüdlü A.Kərimzadəni vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan məktəbli dərhal Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır