Modern.az

"Qobu Park"dakı yanğında ölənlərin sayı 5-ə çatdı

"Qobu Park"dakı yanğında ölənlərin sayı 5-ə çatdı

Hadisə

12 Dekabr 2025, 12:30

Dekabrın 5-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivində vaş verən yanğın zamanı tüstüdən zəhərlənmiş daha bir nəfər ölüb.

Modern.az xəbər verir ki, Təbərrük İsmayılova dekabrın 10-da müalicə aldığı xəstəxanada həyatını itirib.

Hadisə nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Qeyd edək ki, yanğın Kəlbəcər rayonundan keçmiş məcburi köçkün Emin Həmidovun müvəqqəti məskunlaşdığı mənzildə baş verib. Nəticədə meydana gələn qatı tüstüdən binanın 9-cu mərtəbəsindəki 86-cı mənzildə yaşayan, Füzuli rayonundan keçmiş məcburi köçkün Yusifov Əkrəm Əşrəf oğlunun həyat yoldaşı, 1998-ci il təvəllüdlü Yusifova Zülfiyyə Ramiq qızı və onun övladları, 2016-cı il təvəllüdlü Yusif Yusifov və 2019-cu il təvəllüdlü Məryəm Yusifova, həmçinin 9-cu mərtəbədəki 88-ci mənzildə yaşayan, Füzuli rayonundan keçmiş məcburi köçkün, 1953-cü il təvəllüdlü Yusif Hüseynov ölüblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zelenskidən KRİTİK AÇIQLAMA! Qərarı onlar verəcək - Vəzifədən gedir?