Bakı-Qazax yolunda, Qaradağ rayonu ərazisində zəncirvari qəza baş verib.
Modern.az xəbər verir ki, hadisə zamanı 5 maşın toqquşub. Onlardan biri aşıb.
Qəza zamanı "Changan", KIA, BMW X5, "Hyundai" və "Range Rover" markalı avtomobillər toqquşub.
Hadisə zamanı yaralıların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.