Modern.az

Polkovnik Ramaldanovun ailəsi qəzaya düşdü - Qızı həyatını itirdi

Polkovnik Ramaldanovun ailəsi qəzaya düşdü - Qızı həyatını itirdi

Hadisə

15 Dekabr 2025, 00:14

Bu gün axşam saatlarında Qusarın Yuxarı Ləgər kəndində baş vermiş qəza zamanı dünyasını dəyişən şəxslərin Şair Ramaldanovun ailə üzvləri olduğu məlum olub.

Modern.az xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov qeyd edib.

Qeyd olunub ki, məşhur Ramaldanovlar ailəsində bir neçə saat əvvəl böyük faciə yaşanıb. Polkovnik Şair Ramaldanovun qardaşı, polkovnik Elman Ramaldanovun ailə üzvləri Qusar rayonu, Yuxarı Ləgər kəndində yol-nəqliyyat qəzasına düşüblər.

O bildirib ki, qəza nəticəsində ailənin 36 yaşlı üzvü, polkovnikin qızı Tamilla xanım Ramaldanova və 43 yaşlı Cəmilə xanım Bağırova faciəli şəkildə dünyalarını dəyişiblər.

Ailə üzvlərindən daha 4 nəfəri isə müxtəlif bədən xəsarətləri alıblar:

“Komandirdən aldığım məlumata əsasən, mərhumların nəşi gecə saatlarında Bakıya gətiriləcək və sabah paytaxtda dəfn ediləcək”.

Qeyd edək ki, bundan öncə qəza ilə bağlı FHN məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, KİA markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?