Modern.az

Müştərinin “İphone-17”ni oğurlayan şəxsi polis saxladı

Müştərinin “İphone-17”ni oğurlayan şəxsi polis saxladı

Hadisə

16 Dekabr 2025, 12:30

Paytaxtın Səbail rayonunda bir nəfərə məxsus skuter, digər vətəndaşın isə 3800 manat dəyərində “İphone-17” markalı mobil telefonunun oğurlanması barədə polisə məlumat daxil olub.

Modern.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən E.Acalov və T.Kərimli müəyyən edilərək saxlanılıblar.

Nəsimi rayonunda isə evlərin birindən mobil telefon oğurlamaqda şübhəli bilinən R.Vahabov da polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun başqa bir nəfərə məxsus avtomobildən akkumulyator və təmir alətləri talaması da məlum olub. 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır