Modern.az

22 yaşlı qadın əməliyyatdan 5 gün sonra öldü

22 yaşlı qadın əməliyyatdan 5 gün sonra öldü

Hadisə

17 Dekabr 2025, 00:43

Kürdəmirdə 5 gün əvvəl əməliyyat olunan 22 yaşlı qadın xəstəxanada dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, hadisə dekabrın 16-da, saat 19 radələrində Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

 

Belə ki, Kürdəmir rayonu, Qarasu kənd sakini, 2003-cü təvəllüdlü Məleykə Müsəllim qızı Nurməmmədova dekabın 11-də ginekoloji problemlə bağlı xəstəxanaya müraciət edib və həkimlər ona əməliyyat təyin ediblər.

 

Növbəti gün qadın əməliyyat olunub. Əməliyyat uğurlu alınsa da, Məleykə Nurməmmədova dekabrın 16-da, saat 19 radələrində kəskin qan azlığından dünyasını dəyişib.

 

Mərhumun yaxınları qadının ölüm səbəbini həkim səhlənkarlığı ilə əlaqələndirirlər. Qeyd edək ki, ölən qadın 5 ildir evlidir və onun bu evlilikdən iki azyaşlı qızı var.

 

Hazırda faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırmalara başlanılıb. (Mənbə: bizim.media)

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır