Modern.az

Naxçıvanda 26 yaşlı gənc özünü bıçaqladı

Naxçıvanda 26 yaşlı gənc özünü bıçaqladı

Hadisə

17 Dekabr 2025, 11:50

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda bıçaqlanma olub.

Modern.az xəbər verir ki, hadisə rayonun Xələc kəndində baş verib. Kənd sakini, 1999-cu il təvəllüdlü Heydərzadə Faiq Sahil oğlu sərxoş vəziyyətdə özünə bıçaqla xəsarət yetirib.

O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verdiyi Şərur Rayon Prokurorluğu tərəfindən araşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı