Modern.az

26 yaşlı həmyerlimizin qətli kameralara düşdü - VİDEO

26 yaşlı həmyerlimizin qətli kameralara düşdü - VİDEO

Hadisə

5 Yanvar 2026, 13:28

Marneuli bazarında azərbaycanlı iş adamının qətli və atasının yaralandığı insidentlə bağlı videogörüntü paylaşılıb. 

Modern.az-ın verdiyi xəbərə görə, 4 yanvar günorta saatlarında Marneuli mərkəzi bazarının qızıl məmulatları satılan hissəsində baş verən qanlı cinayəti törədən şəxsin ətrafdakı təhlükəsizlik kameralarından əldə edilən görüntülərinə əsasən onun gənc oğlan olduğu müəyyən edilib.

Görüntülərdə şübhəli şəxsin əlində odlu silah hadisənin baş verdiyi yerdən qaçdığı əks olunub.

Xatırladaq ki, 4 yanvar günorta saatlarında Marneuli mərkəzi bazarının qızıl məmulatları satılan hissəsində silahlı insident qeydə alınıb. Qızıl mağazasının sahibi olan Bayramovlar – ata Telman Bayramov və oğlu Sahib Bayramov naməlum şəxs tərəfindən güllələnib.

Yaralılar Marneulidə yerləşən klinikalara yerləşdirilib. Telman Bayramov müalicə aldıqdan sonra “GeoHospital” klinikasından evə buraxılıb. 26 yaşlı Sahib Bayramov isə “Aversi” klinikasında həkimlərin bütün səylərinə baxmayaraq həyatını itirib.

Həmin görüntüləri təqdim edirik. (Mənbə: aktual.ge)

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ