Modern.az

Körpələr evinin müdirinə xəsarət yetirildi

Körpələr evinin müdirinə xəsarət yetirildi

Hadisə

16 Yanvar 2026, 14:54

Tovuzda qadına kəcisi alətlə xəsarət yetirilib.

Modern.az xəbər verir ki, hadisə rayonun Dönük Qırıqlı kəndində qeydə alınıb. Xəsarət alan şəxsin kənddəki Körpələr evinin müdiri 1982-ci il təvəllüdlü Ş.Abdullayeva olduğu bildirilir.

İlkin məlumata görə, keçmiş həyat yoldaşı işdə ona kəcisi alətlə xəsarət yetirib. Qadına tibbi yardım edilib, vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.(Mənbə APA)

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır