Modern.az

Üç gün əvvəl qəzaya düşən şəxs xəstəxanada öldü

Üç gün əvvəl qəzaya düşən şəxs xəstəxanada öldü

Hadisə

16 Yanvar 2026, 16:16

Şəkidə 3 gün əvvəl qəzaya düşən şəxs xəstəxanada ölüb.

Modern.az xəbər verir ki, yanvarın 13-də  Şəki rayonunun Çayqaraqoyunlu kəndi ərazisində “Opel” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü,  32 yaşlı Murad Abdurahmanov bu gün günorta saatlarında xəstəxanada vəfat edib. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır