Modern.az

Bir ailənin 4 üzvü dəm qazından ZƏHƏRLƏNDİ

Bir ailənin 4 üzvü dəm qazından ZƏHƏRLƏNDİ

Hadisə

17 Yanvar 2026, 09:08

Tovuz rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

Modern.az-ın məlumatına görə, hadisə rayon ərazisində baş verib.

Belə ki, 1955-ci il təvəllüdlü S. Həsənov, 1989-cu il təvəllüdlü E. Həsənov, 1960-cı il təvəllüdlü G. İbrahimova və A. Həsənova zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdiriliblər. Zərərçəkənlərə dərhal tibbi yardım göstərilib, onların vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, zəhərlənən şəxslərdən S. Həsənov və A. Həsənova Bakı şəhərindən Tovuza qonaq gəliblərmiş.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır