Modern.az

Naxçıvanda maşınla avtobus toqquşdu - 3 qadın xəsarət aldı

Naxçıvanda maşınla avtobus toqquşdu - 3 qadın xəsarət aldı

Hadisə

17 Yanvar 2026, 16:04

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə şəhərin Xətai məhəlləsində baş verib.

Belə ki, "KİA" markalı avtomobillə 9 nömrəli şəhərdaxili marşrutxətti üzrə hərəkət edən avtobus toqquşub.

Hadisə nəticəsində Naxçıvan şəhər sakinləri - 1987-ci il təvəllüdlü Abdullayeva Təhminə Qəhraman qızı, 1987-ci il təvəllüdlü Qafarova Lamiyə Rüfət qızı və 1981-ci il təvəllüdlü Vəliyeva Vəfa Hüseyn qızı xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının təcili şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır