Xırdalanda kişi dəm qazından zəhərlənərək ölüb.
Modern.az xəbər verir ki, Qəmbərov Rahib Xeyrulla oğlu yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Həmçinin Sumqayıtda da 71 yaşlı kişi dəm qazından boğularaq ölüb. Hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.
Məlumata görə, 1955-ci il təvəllüdlü Albaxış Qardaşbək oğlu Baxışev yaşadığı ünvanda dəm qazından boğularaq həyatını itirib.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.