Modern.az

Zaqatalada mehmanxanada YANĞIN

Zaqatalada mehmanxanada YANĞIN

Hadisə

1 Fevral 2026, 09:47

Zaqatalada mehmanxanada yanğın hadisəsi qeydə alınıb.

 

Modern.az xəbər verir ki, gecə saat bir radələrində Zaqatala şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən "Zaqatala Hotel"in birinci mərtəbəsində hamam və sauna yerləşən hissədə yanğın baş verib. 

 

Yanğının söndürülməsi üçün əraziyə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. 

 

Yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində mehmanxananın hamam və sauna yerləşən hissəsində 150 kv/m sahənin yanar konstruksiyaları yanıb. 

 

Yanğın zamanı bir nəfər yüngül xəsarət alıb. Xəsarət alan şəxsə yerində tibbi yardım göstərilib.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır