Modern.az

Sabirabaddakı qəzada sürücü ağır yaralandı

Sabirabaddakı qəzada sürücü ağır yaralandı

Hadisə

1 Fevral 2026, 12:50

Sabirabadda baş verən qəzada sürücü ağır yaralanıb.

 

Modern.az xəbər verir ki, hadisə Sabirabad rayonunun Qarağac kəndi ərazisində qeydə alınıb.

 

VAZ markalı avtomobilin traktorla toqquşması nəticəsində VAZ-ın sürücüsü Sabirabad rayonunun Qarağac kənd sakini, 1985-ci il təvəllüdlü Hüseynov Rövşən Əmrah oğlu ağır xəsarətlər alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır