Modern.az

Günəşdə partlayış

Günəşdə partlayış

Hadisə

2 Fevral 2026, 09:40

Günəşdə “X” sinifinə aid yeni güclü alışma baş verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (RAN KTI) Günəş astronomiyası laboratoriyası məlumat yayıb.

Məlumata görə, partlayış X8.11 gücündə olub.

Bundan əvvəl, Günəşdə bir sutka ərzində 17 güclü alışma qeydə alınıb. Mütəxəssislərin hesablamalarına görə, Günəşin enerji toplama rejiminə keçməsi ilə X sinifli alışmalar başlayacaq.

Qeyd edək ki, Günəş alışmaları rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Ən aşağı sinif olan A0.0 Yer orbitində kvadrat metrə görə 10 nanovat şüalanma gücünə uyğun gəlir. Hər növbəti sinfə keçid zamanı güc 10 dəfə artır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır