Gürcüstanın Qardabani rayonunda 3 azərbaycanlı gənc saxlanılıb.
Modern.az xəbər verir ki, evlənmək məqsədilə qız qaçıran 30 yaşlı "bəy" və 34 ilə 29 yaş arasındakı köməkçilərinə ciddi ittiham irəli sürülüb.
Belə ki, "bəy" qaçırılan 20 yaşlı qıza qarşı adam oğurluğu ilə yanaşı, zorlama ittihamı ilə də cinayət işi açılıb.
Yerli müstəntiqlərin sözlərinə görə, qız zorla maşına mindirilərək Qardabani bələdiyyəsinin bir kəndinə aparılıb və orada əsir saxlanılıb. Polis qaçıranları təqib etsə də, təcavüzün qarşısını ala bilməyib.
Saxlanılanları uzunmüddətli həbs cəzaları gözləyir.