Modern.az

Xırdalanda yeniyetmə döyüldü 

Xırdalanda yeniyetmə döyüldü 

Hadisə

6 Fevral 2026, 17:22

Abşeron rayonunda 17 yaşlı yeniyetmənin həmyaşıdları tərəfindən döyülməsi ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Modern.az-a bildirib ki, zərərçəkən şəxs valideynləri ilə birgə Polis İdarəsinə dəvət edilərək izahatı alınıb. Hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır.

Qeyd edək ki, Xırdalanda bir qrup məktəblinin dalaşması ilə bağlı sosial şəbəkədə videogörüntü yayılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putinin generalı GÜLLƏLƏNDİ - Rusiyada ara qarışır