Səbail rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.
Modern.az xəbər verir ki, zərərçəkən polisə müraciət edərək övladı üçün cehiz olaraq aldığı 10 min manat dəyərində məişət əşyalarının hissə-hissə olmaqla oğurlandığını bildirib.
Səbail RPİ 8-ci Polis Şöbəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı Ağabala Əhmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. (APA)