Modern.az

Qubada qidadan zəhərlənənlərin vəziyyəti AÇIQLANIB

Qubada qidadan zəhərlənənlərin vəziyyəti AÇIQLANIB

Hadisə

9 Fevral 2026, 03:01

Quba rayonunda səkkiz nəfər qidadan zəhərlənib.

Modern.az xəbər verir ki, rayonun Xucbala kəndində qonaqlıq zamanı 1953-cü il təvəllüdlü N. Şabutov, 1953-cü il təvəllüdlü H. Şabutova, 1986-ci il təvəllüdlü A. Şabutova, 2003-cü il təvəllüdlü A. Şabutova, 2003-cü il N. Şabutova, 2010-cu il təvəllüdlü D. Şabutov, 2025-ci il təvəllüdlü G. Şabutova və 1978-ci il təvəllüdlü D. Məmmədova qida zəhərlənməsi diaqnozu ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Onların paytaxt salatından zəhərləndikləri ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən cavab olaraq bildirilib ki, zəhərlənmə şübhəsi ilə 8 nəfər (2 kişi, 6 qadın) Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub və onlara qida toksikoinfeksiya diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Bildirilib ki, müalicəsi Təcili Tibbi Yardım şöbəsində davam etdirilən şəxslərin vəziyyətləri orta ağır qiymətləndirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan daha bir ARSIZLIQ - Bakıya hücumlar niyə artır?