Modern.az

Şəmkirdə məktəblilər arasında dava qanla bitdi

Şəmkirdə məktəblilər arasında dava qanla bitdi

Hadisə

9 Fevral 2026, 08:42

Şəmkirdə 15 yaşlı yeniyetmə bıçaqlanıb.

Modern.az xəbər verir ki, hadisə rayon Kür qəsəbəsində qeydə alınıb.

Belə ki, Kür qəsəbə sakinləri, 2009-cu il təvəllüdlü (17 yaş) H.Abuzərli şəxsi münasibətlər zəminində 2011-ci il təvəllüdlü (15 yaş) S.Məmmədlini bıçaqlayıb.

Xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Hər iki şəxs məktəblidir. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır. (APA)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna buranı azad etdi - Putin orduya təcili əmr verdi