Modern.az

Narkotikin təsiri ilə avtomobil sürdülər, həbs olundular

Narkotikin təsiri ilə avtomobil sürdülər, həbs olundular

Hadisə

9 Fevral 2026, 08:49

Xaçmazda yol polisi əməkdaşları narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü - Hikmət Əsədov və Nicat Qafarovu saxlayıblar.

Bu barədə Modern.az-a  Daxili İşlər Nazirliyindən bildirilib ki, hər iki şəxs tibbi müayinəyə aparılıb və onların narkotik vasitənin təsiri altında olduqları müəyyən edilib. Məhkəmənin qərarı ilə H.Əsədov və N.Qafarov inzibati qaydada həbs olunublar.

Qeyd edək ki, ilin əvvəlindən polisin həyata keçirdiyi profilaktik tədbirlərlə Xaçmaz rayonu ərazisində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 19 sürücü müəyyən edilib .

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna buranı azad etdi - Putin orduya təcili əmr verdi