Modern.az

Vətəndaşlara 11 min manat "atan" şəxs saxlanılıb

Vətəndaşlara 11 min manat "atan" şəxs saxlanılıb

Hadisə

14 Fevral 2026, 16:20

Sumqayıt şəhərində dələduzluq faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, zərərçəkmiş əvvəlcədən tanış olduğu şəxs tərəfindən “işə düzəltmək” adı altında 11500 manat vəsaitinin aldadılaraq ələ keçirilməsi barədə polisə müraciət edib. 

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 68 yaşlı C.Əhmədov saxlanılıb.

Fakt üzrə araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail və ABŞ hərbçiləri belə əsir götürüldü - ŞOK İDDİA