Modern.az

Tələbə qızlar dəm qazından zəhərləndi

Tələbə qızlar dəm qazından zəhərləndi

Hadisə

16 Fevral 2026, 09:16

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

Mdern.az məlumat verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü F. Həsənova, 2006-cı il təvəllüdü İ. Mollayeva və 2005-ci il təvəllüdlü N. Musayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

Dərhal onlara yardım edilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə hər 3 şəxs Zaqatala rayon sakinləridir, onların tələbə olduqları bildirilir.

Zəhərlənən şəxslər yaşadıqları evdə dəm qazından zəhərləniblər. Faktla bağlı araşdırma aparılır.(APA)

Sizə yeni x var
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?