Modern.az

Ötən həftə 191 yanğın olub, 6 nəfər həyatını itirib

Ötən həftə 191 yanğın olub, 6 nəfər həyatını itirib

Hadisə

16 Fevral 2026, 09:46

Ötən həftə ərzində 191 yanğına çıxış, 39 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi ötən həftənin xronikasında məlumat yayıb. Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 12-si azyaşlı olmaqla 50 nəfər xilas edilib, 5 nəfər xəsarət alıb, 39 nəfər təxliyə olunub, hadisələr zamanı 6 nəfər həyatını itirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?