Modern.az

Cəlilabadda kürəkən qaynatasını qətlə yetirdi

Cəlilabadda kürəkən qaynatasını qətlə yetirdi

Hadisə

16 Fevral 2026, 15:31

Cəlilabadda cinayət hadisəsi baş verib.

Modern.az-a məlumatına görə, hadisə fevralın 16-da saat 13 radələrində baş verib.

Belə ki, rayon sakini 52 yaşlı Azər Baxşiyevə kəsici alətlə xəsarət yetirilib. A. Baxşiyev aldığı xəsarətdən xəstəxanada ölüb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı İbrahim Babayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, qətlə yetirilən qətli törədənin qayınatasıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı