Modern.az

Samuxda Tərtər sakini işlədiyi şirkətdə öldü

Samuxda Tərtər sakini işlədiyi şirkətdə öldü

Hadisə

17 Fevral 2026, 01:49

Samux rayonunda kişi işlədiyi şirkətdə dünyasını dəyişib.

Modern.az xəbər verir ki, hadisə rayon ərazisində fəaliyyət göstərən şirkətlərdən birində qeydə alınıb.

Belə ki, Tərtər rayon sakini, 1980-ci il təvəllüdlü X. Hüseynovun iş zamanı qəfil halı pisləşib. Dərhal hadisə yerinə təcili tibbi yardım çağırılıb. Aparılan müayinə zamanı onun həyatını itirdiyi müəyyən olunub.

Əraziyə polis və prokurorluq əməkdaşları cəlb edilib. İlkin məlumata görə, 46 yaşlı kişi ürək tutmasından vəfat edib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib, ekspertizadan sonra ailəsinə verilib.

Faktla bağlı Samux rayon prokurorluğunda araşdırma aparılır. (Unikal)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar