Modern.az

Məktəbdə kütləvi zəhərlənmə: 10-a yaxın şagird....

Məktəbdə kütləvi zəhərlənmə: 10-a yaxın şagird....

Hadisə

17 Fevral 2026, 09:16

Göygöldə orta məktəbdə kütləvi zəhərlənmə olub.

Modern.az xəbər verir ki, hadisə C.Verdiyev adına Aşıqlı kənd tam orta məktəbində qeydə alınıb.

Belə ki, ötən gün dərs prosesi zamanı məktəbin 10-a yaxın aşağı sinif şagirdi özlərini pis hiss edib.

Şagirdlər dərhal xəstəxanaya yerləşdirilib, onlara yardım edilib.

İlkin iddialara görə, onlar məktəbdə yedikəri qidadan zəhərləniblər.

Hadisə ilə bağlı adiyyəti qurumlar tərəfindən araşdırma aparılır (APA).

Sizə yeni x var
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar