Modern.az

Ucarda zəncirvari qəza - 6 nəfər xəsarət aldı

Ucarda zəncirvari qəza - 6 nəfər xəsarət aldı

Hadisə

19 Fevral 2026, 15:14

Ucar rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Modern.az xəbər verir ki, hadisə günorta saatlarında Bakı–Qazax avtomobil yolunun rayonun Müsüslü kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, yolun 217-ci kilometrliyində eyni istiqamətdə hərəkətdə olan minik, yük və mikroavtobus markalı nəqliyyat vasitələri toqquşub. Toqquşmadan sonra minik avtomobili yoldan çıxaraq çökəyə düşüb.

Qəza nəticəsində 6 nəfər Ucar rayon sakinləri - 1975-ci il təvəllüdlü Səidə Mirzalı qızı Baxşəliyeva, 1966-cı il təvəllüdlü Zalikə Mirzalı qızı Salikova, 1973-cü il təvəllüdlü Vəfa Qarapaşa qızı Baxşəliyeva, 1985-ci il təvəllüdlü Şərqiyə Vidadi qızı Rəhimova, 1952-ci il təvəllüdlü Aruza Mustafakamal qızı Məmmədova və 1967-ci il təvəllüdlü Şəfaqət Mirzalı qızı Rəhimova xəsarət alıblar. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.(AzərTac)

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibə olmayacaq! - İsrail İranla razılaşdı - Gündəm Masada