Şəki rayonunun dağlıq ərazisində baş vermiş yanğın söndürülüb.
Modern.az xəbər verir ki, Qozlubulaq kəndi yaxınlığındakı mürəkkəb relyefli sahədə qeydə alınan yanğının qarşısının alınması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti və Daxili İşlər Nazirliyinin (DİN) polis əməkdaşları cəlb olunublar.
Yanğının söndürülməsi işləri dağlıq ərazi və güclü külək səbəbindən çətinləşsə də, operativ müdaxilə nəticəsində alovun daha geniş ərazilərə və meşə massivinə keçməsinin qarşısı alınıb.
Yanğın lokallaşdırılaraq tam söndürülüb. (Oxu.Az)
21:59
Şəkidə dağlıq ərazidə yanğın başlayıb.
Modern.az xəbər verir ki, axşam saat 18 radələrində Şəki rayonu Qozlubulaq kəndinin inzibati ərazisinin yaxınlığında dağlıq ərazidə yanğın başlayıb.
Əldə edilən məlumata əsasən yanğın 10 hektardan çox ərazini əhatə edir. Ərazidə quru ot, kol-kos, xəzəl və xırda ağaclar yanır.
Yanğının söndürülməsinə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.
Yanğın dağlıq ərazidə olduğu üçün texnikadan istifadə etmək mümkün deyil. Buna görə də yanğını söndürmək üçün canlı qüvvədən istifadə olunur.
Hazırda yanğının baş verdiyi ərazidə havanın küləkli olduğu bildirilir. Yanğının söndürülməsi istiqamətində işlər davam edir. (APA)