Modern.az

Xidmət yerində həlak olan FHN əməkdaşının FOTOSU

Xidmət yerində həlak olan FHN əməkdaşının FOTOSU

Hadisə

21 Fevral 2026, 11:18

Fövqəladə Hallar Nazirliyinin (FHN) xidməti vəzifəsini yerinə yetirərkən avtomobil vurması nəticəsində həlak olan əməkdaşının fotosu yayılıb.

Modern.az xəbər verir ki, 21 fevral 2026-cı il tarixində saat 06:00 radələrində Bakı–Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi zamanı faciə baş verib.

Belə ki, hadisə yerində xidməti vəzifəsini yerinə yetirən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı, 1984-cü il təvəllüdlü Piriyev Hakim Şahlar oğlu hərəkətdə olan yük avtomobilinin vurması nəticəsində həyatını itirib.

Qeyd edək ki, mərhum Hakim Piriyev Neftçala rayonunun Şorkənd kənd sakini idi.

Xatırladaq ki, hadisə zamanı Salyan Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı 1989-cu il təvəllüdlü Tağıyev Elşən İnsanağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. E.Tağıyevin həyati təhlükəsi yoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?