Modern.az

Vəzifəsindən sui istifadə edən şəxs HAKİM QARŞISINDA

Vəzifəsindən sui istifadə edən şəxs HAKİM QARŞISINDA

Hadisə

23 Fevral 2026, 19:42

Binəqədi Rayon Məhkəməsində Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurovun barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

Modern.az xəbər verir ki, məhkəmənin qərarı ilə vəsatət təmin edilib və Zülfüqar Mansurovun həbs müddəti mayın 30-dək uzadılıb.

Qeyd edək ki, bundan əvvəl onun barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan qərarı verilmişdi.

Xatırladaq ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Qaradağ Rayon İcra Hakimiyyətində xüsusi əməliyyat tədbiri həyata keçirilib.

Məlumata görə, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov, rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev və Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov həbs ediliblər.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 32.5, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü maddələri (rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və s.) üzrə ittihamlar irəli sürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı