Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az-ın məlumatına görə, hadisə rayonun Sərxan kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan iki avtomobillin toqquşması zamanı 1973-cü il təvəllüdü M.Abbasov, 1993-cü il təvəllüdlü T.Əliyeva və daha bir nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Dərhal yaralılara yardım edilib, hazırda onların vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.