Modern.az

Sabunçuda qətl: Şübhəli saxlanıldı

Sabunçuda qətl: Şübhəli saxlanıldı

Hadisə

3 Mart 2026, 23:55

Martın 3-də, axşam saatlarında paytaxtın Sabunçu rayonu ərazisində qətl hadisəsi baş verib.

Modern.az xəbər verir ki, Ramana qəsəbəsində 1980-ci il təvəllüdlü Zəfər Məmmədovun üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyiti aşkarlanıb.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1969-cu il təvəllüdlü Hüseyn Həsənov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. (Oxu.Az)

Sizə yeni x var
Keçid et
İranın yeni müdafiə naziri də öldürüldü - Gündəm Masada