Modern.az

Minik maşını hasara çırpıldı - Sürücü öldü

Minik maşını hasara çırpıldı - Sürücü öldü

Hadisə

Bu gün, 12:20

Masallıda baş verən qəzada sürücü ölüb, sərnişin xəsarət alıb.

Modern.az xəbər verir ki, hadisə ötən gün gecə saatlarında Masallı rayonunun Mahmudavar kəndlərində baş verib.

Masallı rayon sakini 2005-ci il təvəllüdlü Orxan Zamanov idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib.

Avtomobil yolun kənarındakı daş hasara çırpılıb. Qəza nəticəsində sürücü O. Zamanov hadisə yerində ölüb.

Avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Xameneinin oğluyla bağlı XƏBƏRDARLIQ - Ona bir şey olsa...