Modern.az

Qazaxda iki avtomobil toqquşdu - 5 nəfər xəsarət aldı

Qazaxda iki avtomobil toqquşdu - 5 nəfər xəsarət aldı

Hadisə

Bu gün, 09:10

Qazaxda yol qəzası olub.

Modern.az-ın məlumatına görə, hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib. Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 1992-ci il təvəllüdlü E.Daşdıyev, 1999-cu il təvəllüdlü S.Abdullayev, 1999-cu il təvəllüdlü Ə.Süleymanov, 1999-cu il təvəllüdlü F.Cəfərov və 1989-cu il təvəllüdlü M.Alıyev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətlərinin orta ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Verilişləri eyni gündə BAĞLANDI - Zaurlar, Xoşqədəm, Lalə Azərtaş...