Modern.az

Qəzada ölən sürücü qazi imiş - FOTO

Qəzada ölən sürücü qazi imiş - FOTO

Hadisə

Bu gün, 16:56

Ötən gün Ağcabədidə baş verən ağır yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub.

Modern.az xəbər verir ki, qəzada həlak olan qəsəbə sakini 1987-ci il təvəllüdlü Ələsgərov Şaiq Tofiq oğlu qazi olub. 

Qeyd edək ki, onun idarə etdiyi “Mercedes” markalı avtomobil ilə 1996-cı il təvəllüdlü Bayram İsmayılovun sürdüyü “Hyundai” markalı nəqliyyat vasitəsi toqquşub.

Hadisə nəticəsində “Mercedes”in sürücüsü, qazi Ələsgərov Şaiq Tofiq oğlu aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Digər sürücü B.İsmayılov isə müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb. Hazırda onun müalicəsi Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.(Qafqazinfo)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV