Bu gün saat 05 radələrində Qaraməryəm-Şəki avtomobil yolunun İsmayıllı rayonu ərazisində ağır yol qəzası baş verib.
Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi Elvin Hacıyev Modern.az-a bildirib ki, Qəbələ sakinin idarə etdiyi “VAZ-2115” markalı avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı 2 nəfərin öldüyü, 3 nəfərin isə xəsarət aldığı bildirilir.
Qəzaya düşənlər bir ailənin üzvləri olduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.