Ağdam rayonunda dayısı oğlu tərəfindən bıçaqlanan qız paytaxta göndərilib.
Modern.az xəbər verir ki, rayon sakini Leyla Cəfərova müxtəlif dərəcəli bıçaq xəsarətləri alıb. Yaralı üz nahiyəsinin və sol əlinin kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya çatdırılıb. Tibb müəssisəsində zərərçəkənə ilkin tibbi yardım göstərilib və yaralarına tikiş qoyulub. Lakin həkimlərin qərarına əsasən, vəziyyətinin daha ciddi müayinə və müalicə tələb etməsi səbəbindən L.Cəfərova paytaxtdakı ixtisaslaşmış travmatologiya xəstəxanasına yerləşdirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Ş.Bayramov saxlanılıb.
Hadisənin hansı zəmində baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
(Teleqraf)