Modern.az

15 gündə 26 nəfəri it dişləyib - 9-u uşaqdır

15 gündə 26 nəfəri it dişləyib - 9-u uşaqdır

Hadisə

Bu gün, 17:58

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına son 15 gündə it dişləməsi səbəbilə 26 müraciət daxil olub.

Modern.az xəbər verir ki, bu barədə xəstəxanadan məlumat verilib.

Bildirilib ki, onlardan 13-ü kişi, 4-ü qadın, 9 nəfəri isə azyaşlı olub:

“Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib, vaksin tətbiq olunub və ambulator müalicə üçün evə buraxılıblar”.

Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən bildirilib ki, sahibsiz itlər üçün sığınacaqların yaradılmasına görə müvafiq qurumlara müraciət edilib:

“Yer ayrılan kimi sahibsiz itlər üçün sığınacaq yaradılacaq”.(“Report”)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı