Modern.az

Qazi məktəbli qardaşlara xəsarət yetirdi

Qazi məktəbli qardaşlara xəsarət yetirdi

Hadisə

6 Aprel 2026, 11:20

Ağsuda bıçaqlanma hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhər ərazisində yerləşən orta məktəblərin birində qeydə alınıb. Rayon sakini 34 yaşlı Dostəli Bağırovla 11-ci sinif şagirdi R.S. arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı D.Bağırov şagirdə kəsici alətlə, həmin vaxt köməyə gələn qardaşı -16 yaşlı A.S-ya isə əli ilə vuraraq xəsarət yetirib. Xəsarət alan qardaşlara tibbi yardım göstərilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törədən şəxs saxlanılıb.

D.Bağırovun Vətən müharibəsi qazisi olduğu bildirilir.(APA)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!