Xəzərdə daha bir zəlzələ olub.
Bu barədə Modern.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Zəlzələ yerli vaxtla 13:10-da qeydə alınıb.
3.2 maqnitudalı yeraltı təkan 20 km dərinlikdə qeydə alınıb.
****
13:12
Xəzərdə zəlzələ qeydə alınıb.
Bu barədə Modern.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Maqnitudası 5.3 olan yeraltı təkan yerli vaxtla 13:05-də 70 km dərinlikdə baş verib.
Zəlzələ Lənkəran, Yardımlı, Lerik, Astara, Cəlilabad, Neftçala 4-3 bal hiss olunub.
***
Bəzi cənub rayonlarında zəlzələ hiss olunub.
Modern.az xəbər verir ki, yeraltı təkanlar saat 13:07 radələrində, təxminən 4 bala yaxın hiss edilib.
Yeraltı təkanlar Astara, Lənkəran və digər cənub rayonlarında hiss olunub.